00:16

Sabah Bakının və Abşeronun bəzi yerlərində elektrik enerjisi verilməyəcək

Sabah Bakının və Abşeronun bəzi yerlərində elektrik enerjisi verilməyəcək

Lider.com.az istinadən bildirir ki, sabah paytaxtın Yasamal və Xətai rayonlarının, eləcə də Abşeron rayonunun müəyyən hissələrində işıqların verilişində fasilələr müşahidə olunacaq.

Abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, habelə enerji itkilərinin aşağı salınması məqsədilə oktyabrın 29-da müvafiq Rayon Enerji Təchizatı və Satışı İdarələrinin xidmət zonalarında bərpa-təmir tədbirləri görüləcək.

Yasamal rayonundakı Transformator Məntəqəsində reallaşdırılacaq təmir tədbirləri səbəbindən saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Kazım Kazımzadə, Ümid Əkbərov, Vasif Əliyev küçələrində, eləcə də Hüseyn Cavid və İnşaatçılar prospektlərinin bir hissəsində işıq olmayacaq.

Xətai rayonunda yerləşən Transformator Məntəqəsində aparılacaq sınaq və təmir-təftiş əməliyyatları nəticəsində Xocalı prospekti, Sergey Senyuşkin və Yusif Səfərov küçələrinin bəzi ünvanlarında saat 10:00-dan 14:00-dək enerjinin verilişində qısamüddətli dayanmalar qeydə alınacaq.

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin tabeliyindəki 110/35/10 kilovoltluq 137 saylı yarımstansiyada da bərpa işləri həyata keçiriləcək. Nəticədə saat 10:00-dan 16:00-dək "Pirkəşkül", "Çaylı" və "Cəngi" 35/6 kilovoltluq yarımstansiyaları, "Pirəkəşkül" yarımstansiyasından qidalanan bir sıra 6 kilovoltluq hava xətləri, eləcə də Təzəkənd, Çaylı və Cəngi kəndləri müvəqqəti olaraq gərginlikdən azad olunacaq.

Planlaşdırılan tədbirlər həm də elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına, habelə yüksələn yük tələbatının vaxtında qarşılanmasına yönəlib.

Xəbər lenti

    Çox oxunanlar