
Lider.com.az istinadən bildirir ki, mobil telefon aparatının və ya nömrənin mütəmadi qazanc əldə etmək niyqəti ilə başqa kəsə icarəyə verilməsi beş min manatadək cərimə ilə nəticələnə bilər.
Mövcud qanunvericiliyə əsasən, həmin qanunazidd əmələ görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər isə üç min manatdan beş min manatadək məbləğdə cərimələnirlər.
Bununla yanaşı, abunəçi müqavilələrində SİM-kartların və digər identifikasiya modullarının başqa şəxslərə daimi istifadəyə, eləcə də mütəmadi gəlir məqsədilə kirayəyə verilməsinin qadağan olunduğu qeyd olunmalıdır.
Tələblərə görə, abunəçiyə məxsus identifikasiya modulunun və ya mobil aparatın itməsi, yaxud oğurlanması halları baş verdikdə, fiziki və hüquqi şəxslər dərhal aidiyyəti dövlət qurumuna xəbərdarlıq etməlidirlər və bu şərt də müqavilədə öz əksini tapmalıdır.
