
Lider.com.az istinadən bildirir ki, oktyabrın 30-da paytaxtın Xətai və Suraxanı rayonlarının bəzi küçələrində mavi yanacağın verilməsində müvəqqəti fasilələr qeydə alınacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən verilən açıqlamaya əsasən, bu addım magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması məqsədilə atılır.
Qeyd olunan tarixdə səhər saat 10:00-dan etibarən təmir işləri yekunlaşanadək sözügedən ərazilərin qaz təminatında qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq.
