21:20

Ceyranbatanda zəhərlənmə şübhəsi ilə müraciət edən şagirdlərdə rotavirus aşkarlanıb

Ceyranbatanda zəhərlənmə şübhəsi ilə müraciət edən şagirdlərdə rotavirus aşkarlanıb

Lider.com.az istinadən bildirir ki, Ceyranbatan qəsəbəsindəki 2 nömrəli tam orta məktəbdə zəhərlənmə şübhəsi ilə əlaqədar müraciət edən şagirdlərdə rotavirus infeksiyası müəyyən edilib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Həmin gün saat 15:50 radələrində Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən təcili yardım çağırışı qeydə alınıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası istiqamətləndirilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.

Qeyd edək ki, Ceyrabatan qəsəbə məktəbində şagirdlərin kütləvi zəhərlənmə hadisəsi baş verib.

Xəbər lenti

    Çox oxunanlar