15:51

Azercell-in dəstəyi ilə “Gələcəyin toxuması” tədbiri baş tutub

Azercell-in dəstəyi ilə “Gələcəyin toxuması” tədbiri baş tutub

Lider.com.az istinadən bildirir ki, Azərbaycan İşgüzar Qadınlar birliyinin yaratdığı "SHE" platformasının və Azercell şirkətinin tərəfdaşlığı ilə "Gələcəyin toxuması" adlı tədbir reallaşıb.

Görüşdə qədim sənətkarlıq üsullarının müasir incəsənətdə yaşadılması, eyni zamanda qadınlar üçün yeni sosial-iqtisadi imkanların açılması məsələləri diqqət mərkəzində olub.

Yığıncaqda ölkəmizin qədim tətbiqi sənət sahələrindən olan qurama sənətinin bərpası, araşdırılması və dünyada tanıdılması istiqamətində fəaliyyət göstərən Əminə Məlikovanın yeni əsərlər kolleksiyası təqdim edilib.

Azərbaycan İşgüzar Qadınlar təşkilatının rəhbəri və "SHE" təşəbbüsünün qurucusu Tatyana Mikayılova açılış nitqi söyləyərək layihənin mahiyyətindən və önəmindən söz açıb.

Daha sonra çıxış edən Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva qadınların potensialının artırılmasında texnologiyanın və məsuliyyətli sahibkarlığın əhəmiyyətini vurğulayıb: "Texnologiya mədəni irsimizi yalnız qorumağa deyil, onu yeni iqtisadi imkanlara çevirməyə də kömək edir. Rəqəmsal bacarıqlar və texnologiyalara çıxış sayəsində qadınlar ənənəvi sənətkarlıq nümunələrini daha geniş auditoriyaya təqdim edə və bizneslərini inkişaf etdirə bilərlər. Bizim məqsədimiz keçmişdən miras qalan mədəni dəyərləri qorumaqla yanaşı, gələcək nəsillər üçün daha geniş imkanlar yaratmaqdır".

Şirin Əliyeva, həmçinin qurumun qızların və xanımların fərdi inkişafına, eləcə də sosial rifahına yardım göstərmək üçün reallaşdırdığı layihələr barədə iştirakçılara məlumat verib.

Tədbir çərçivəsində Azercell-in təşkilatçılığı ilə "Gələcəyimizi formalaşdırmaq" başlığı altında panel müzakirəsi də baş tutub və cəmiyyətin qadınlara qarşı gözləntiləri, eləcə də onların dəstək xidmətlərinə çıxış imkanları müzakirə edilib.

Panelin iştirakçısı olan Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova qadınların sosial-iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və qızların inkişaf üfüqlərinin genişləndirilməsi istiqamətində fikirlərini bölüşüb. O, şirkətin dəstəyilə fəaliyyət göstərən "Qadın Dəstək Xətti" və "Oflayn Qadınlar" rəqəmsal platformasını xatırladaraq, bu vasitələrin çətin həyat şəraitində olan qadınlara vaxtında kömək göstərməyə xidmət etdiyini diqqətə çatdırıb. Sona Abbasova Azercell abunəçilərinin "Qadın Dəstək Xətti"nə ödənişsiz qoşula, "Oflayn Qadınlar" platformasından isə internet trafikinə ehtiyac duyulmadan faydalana bildiklərini diqqətə çatdırıb. O qeyd edib ki, bu cür imkanlar xanımların ehtiyac yarandığı anda müvafiq yardım xidmətlərinə çatmağını xeyli asanlaşdırır.

Proqram dramaturq, aktyor və teleaparıcı Kamran Ağabalayevlə Əminə Məlikovanın qarşılıqlı söhbəti ilə davam edib.

Azercell bu əməkdaşlıq vasitəsilə xanımların öz potensiallarını üzə çıxarmasına və yeni imkanlar əldə etməsinə yardıcı olduğunu bir daha nümayiş etdirib. Şirkət təhsil, rəqəmsal səriştələr və sosial dəstək istiqamətlərindəki layihələri ilə qadınların cəmiyyətin sosial və iqtisadi həyatında daha aktiv rol oynamasınıstimullaşdırır.

Xəbər lenti

    Çox oxunanlar