
Lider.com.az istinadən bildirir ki, "Novo Azərbaycan" artıq çəki və piylənmə üzrə ixtisaslaşmış klinikaların fəaliyyətini təşkil etmək üçün "Citomed Clinic", "Inci Clinic", "Esthederm", "Istanbul NS", "Kepro esthetic", "Medical city", "Renessans", "Sapfir Esthetics", "Zahra Clinic" və "Zefer Clinic" ilə strateji tərəfdaşlığa başlayır.
Bu təşəbbüs piylənmədən əziyyət çəkən şəxslərin tələbatına cavab verən, müxtəlif sahələrin mütəxəssislərinin birgə çalışmasına əsaslanan tibbi xidmət modelinin formalaşdırılması məqsədi daşıyır.
Qeyri-kommersiya xarakteri daşıyan bu əməkdaşlıq piylənmə ilə bağlı məlumatlılığın artırılmasına və xəstəliyin idarə olunmasında kompleks tibbi yanaşmanın təşviqinə xidmət edir, eyni zamanda tərəfdaş klinikalarda xəstələr üçün maarifləndirici tədbirlərin keçirilməsini nəzərdə tutur.
Piylənmə uzunmüddətli nəzarət və müalicə tələb edən xroniki xəstəlik olduğundan, layihə çərçivəsində endokrinoloqlar, kardioloqlar, terapevtlər, dietoloqlar və nutrisioloqların iştirakı ilə fərdi müalicə planları hazırlanacaqdır.
Yeni mexanizmə "3–6–9 aylıq" müalicə paketləri də daxil edilib ki, bunlar həkimin qiymətləndirməsindən sonra piylənmənin müalicəsi üçün təsdiqlənmiş dərman vasitələrinin fərdi plana daxil olunmasını təmin edir.
Eyni zamanda, "Novo Azərbaycan" həkimlər və klinika işçiləri üçün tibbi mövzular, eləcə də preparatlar üzrə təlimlər təşkil edəcəkdir.
Təşəbbüs çərçivəsində klinikalarda bədən analizatoru cihazlarından istifadə olunacaq və bədən kütlə indeksi 25 kq/m²-dən yuxarı olan yetkinlər əlavə qiymətləndirmə üçün mütəxəssislərə yönləndiriləcəkdir.
Qeyd olunan addım "Novo Nordisk" şirkətinin 2026-cı ildə ölkədə piylənmə istiqamətində gördüyü işlərin davamı olub, may ayında "Referans Medical Group" ilə imzalanan sazişi və iyundakı kampaniyanı tamamlayır.
1923-cü ildə Danimarkada təsis edilən və dünya üzrə 80 ölkədə fəaliyyət göstərən "Novo" şirkəti təxminən 30 ildir Azərbaycanda diabet və piylənmə ilə mübarizə sahəsində fəaliyyətini davam etdirir.
