09:44

Ürək və buynuz qişası transplantasiyasının sığorta zərfinə salınması təklif edilib

Ürək və buynuz qişası transplantasiyasının sığorta zərfinə salınması təklif edilib

Lider.com.az istinadən bildirir ki, ürək transplantasiyası və gözün buynuz qişasının köçürülməsi cərrahiyyə əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər paketinin tərkibinə daxil edilməsi zəruridir.

Bu fikirləri Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycanda və Cənubi Qafqaz regionunda ilk dəfə donor ürək köçürülməsinin bir illiyinə həsr olunan "Ürək transplantasiyası həftəsi" adlı konfransda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, ölkəmizdə milli kök hüceyrə reyestri təsis olunmalıdır.

Mərkəz rəhbərinin sözlərinə görə, böyrək köçürülməsini gözləyən xəstələrin peritoneal dializ, hemodializ və genetik araşdırma xidmətlərindən faydalana bilməsi məqsədilə həmin tibbi xidmətlər də icbari tibbi sığortanın xidmətlər zərfinə əlavə olunmalıdır.

Bununla yanaşı, Nazirlər Kabineti tərəfindən əsasnaməsi təsdiqlənmiş vahid informasiya sisteminin qurulması, həmçinin minimum 10 min vətəndaş üzrə beş lokuslu HLA analizlərinin icrası kimi xidmətlərin də sığorta zərfinə daxil edilməsi vacibdir.

Yeganə Abbasova vurğulayıb ki, bu təşəbbüslərin əsas məqsədi yerli sakinlərin köçürülmə əməliyyatları üçün xarici dövlətlərə üz tutmasının qarşısını almaq, eləcə də digər ölkələrin vətəndaşlarına donor yardımı göstərib onların müalicə məqsədilə Azərbaycana gəlməsinə şərait yaratmaqdır.

Xəbər lenti

    Çox oxunanlar