13:38

Kamran Musayev: Qafqazda ilk ürək köçürülməsinin Azərbaycanda reallaşması tarixi nailiyyətdir

Kamran Musayev: Qafqazda ilk ürək köçürülməsinin Azərbaycanda reallaşması tarixi nailiyyətdir

Lider.com.az istinadən bildirir ki, Cənubi Qafqaz regionunda ilk dəfə ürək transplantasiyasının məhz Azərbaycanda icra olunması böyük tarixi uğur kimi qiymətləndirilir.

Bu fikirləri Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev ölkəmizdə və Cənubi Qafqazda ilkin donor ürək köçürülməsi əməliyyatının birinci ildönümünə həsr olunan "Ürək transplantasiyası həftəsi" konfransında media nümayəndələrinə açıqlamasında dilə gətirib.

Onun dediyinə əsasən, respublikamızda bu növ cərrahi müdaxilələrə marağın yüksəlməsi ikitərəfli xarakter daşıyır.

Ekspert qeyd edib ki, xüsusilə ürək köçürülməsi üçün beyin ölümü qeydə alınmış donorlara tələbat mövcuddur və belə şəxslərin yaxınları orqan bağışına razılıq verməlidirlər.

Bununla yanaşı, vətəndaşların həyatda ikən reyestr vasitəsilə könüllü şəkildə qeydiyyata düşməsi də vacibdir.

Səhiyyə Nazirliyinin Koordinasiya Mərkəzində könüllü donorluq məqsədilə qeydiyyata duranların böyük qismi məhz ötən bir il ərzində müraciət edib ki, bu da yerli həkimlərə olan etimadın göstəricisidir.

Digər tərəfdən isə əməliyyata ehtiyacı olan xəstələrin sayında da nəzərəçarpacaq çoxalma qeydə alınır.

K. Musayev vurğulayıb ki, ürək köçürülməsini gözləyənlər sırasında azyaşlılar da az deyil.

Onun sözlərinə görə, donor ürək gözləyən xəstələr dörd-beş yaşlı uşaqlardan tutmuş 60 yaşlı vətəndaşlaradək müxtəlif yaş kateqoriyalarını əhatə edir.

Xəbər lenti

    Çox oxunanlar