
Lider.com.az istinadən bildirir ki, Ceyranbatan Su Təchizatı İdarəsinin su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Mahir Tofiq oğlu Ramazanov iş otağında qəfil vəfat edib.
Məlumatı İri Şəhərlərin Su Təchizatının Mətbuat xidməti yayıb.
Bildirilib ki, baş verən hadisə ilə əlaqədar dərhal təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının nümayəndələri idarəyə çağırılıblar.
İlkin tibbi rəyə əsasən, Mahir Ramazanovun ölümünə səbəb ürəktutma olub.
