14:11

İki ölkədə çalışmış vətəndaşların pensiyaları necə hesablanır

İki ölkədə çalışmış vətəndaşların pensiyaları necə hesablanır

Lider.com.az istinadən bildirir ki, dünya təcrübəsində fərdlərin əmək fəaliyyəti zamanı müxtəlif dövlətlərdə yaşayıb-işləməsi onların pensiya hüquqlarının təmin olunması baxımından əsas məsələlərdən biridir.

Bir çox dövlətlərdə insanlara xaricdə qazandıqları əmək stajı ilə yanaşı pensiya hüquqlarının da nəzərə alınması məqsədilə xüsusi mexanizmlərdən istifadə olunur.

Belə bir yanaşma həm uzun müddət başqa ölkədə yaşayan, həm də ömrünün müəllif müddətini müxtəlif dövlətlərdə keçirən şəxslərin pensiya təminatını əhatə edir.

Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, pensiya kapitalının tətbiqi dövlətlərarası ikitərəfli sazişlər vasitəsilə tənzimlənir.

Deputat bildirib ki, əgər Azərbaycan vətəndaşı ölkəmizdə yaşayıb sonradan digər dövlətə köçübsə və orada çalışaraq pensiya kapitalı toplayıbsa, Azərbaycanla həmin ölkə arasında təsdiq olunmuş qanun və ya saziş mövcuddursa, həmin razılaşmaya əsasən hər iki ölkənin pensiya kapitalından yararlanmaq mümkündür.

Ancaq Rusiya ilə Azərbaycan arasında bu cür saziş hələ ki ratifikasiya olunmayıb və sənəd ratifikasiya edildikdən sonra pensiya kapitallarından istifadə imkanı yaranacaq.

Deputatın sözlərinə görə, vətəndaş, yaxud digər dövlətə köçmüş sabiq Azərbaycan vətəndaşı, eləcə də xarici ölkədən gələrək Azərbaycan vətəndaşlığını alan şəxs yalnız o zaman hər iki dövlətin pensiya kapitalından istifadə edə bilər ki, həmin ölkələr arasında bu istiqamətdə müvafiq saziş mövcud olsun.

Məbləğ müəyyənləşdirilərkən hər iki dövlətdə yığılan pensiya kapitalı mütləq şəkildə nəzərə alınır.

Xəbər lenti

    Çox oxunanlar