19:21

Baş prokuror prokurorluq veteranlarına yubiley medalları təqdim edib

Baş prokuror prokurorluq veteranlarına yubiley medalları təqdim edib

Lider.com.az istinadən bildirir ki, noyabrın 2-də prokurorluq sistemində uzun illər çalışmış veteran əməkdaşlar Çingiz Məmmədovun 75 və Əziz Seyidovun 70 illik yubileyləri ilə əlaqədar Baş Prokurorluğun inzibati binasında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin iştirakı ilə mərasim təşkil olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata əsasən, Baş prokuror çıxış edərək veteranları əlamətdar günləri münasibətilə təbrik edib və onların səmərəli fəaliyyətinin qanunçuluğun qorunmasında, həmçinin prokurorluq orqanlarının formalaşmasındakı rolunu qeyd edib. O, həmçinin gənc kadrlar üçün belə əməkdaşların vicdanlı xidmətinin nümunə olduğunu vurğulayıb.

Daha sonra Baş prokuror yubilyarlara "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medallarını təqdim edib.

Veteranlar çıxışlarında prokurorluqda keçirdikləri illərin qürur mənbəyi olduğunu vurğulayıb, strukturda aparılan islahatları, həmçinin keçmiş işçilərə göstərilən diqqəti müsbət qiymətləndirərək təltifə görə minnətdarlıqlarını çatdırıblar.

Tədbirdə Baş prokurorun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Nazim Rəcəbov da iştirak edərək yubilyarlara xoş arzularını bildiriblər və sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti

    Çox oxunanlar