
Lider.com.az istinadən bildirir ki, sabah Ağdaş, Yevlax və Mingəçevir şəhərlərinin bəzi ərazilərində işıq fasilələrlə veriləcək.
Bu barədə açıqlamanı "Azərişıq" ASC yayıb.
Verilən məlumata görə, Ağdaş rayonunun Binələr, Cücük, Davudlu, Gürcüva, Malay, Maşad, həmçinin Pirəyir kəndlərinin bir qismində saat 10:00-dan 14:00-dək 10 kilovoltluq hava xəttlərində aparılacaq bərpa və təmir tədbirləri səbəbindən enerji məhdudiyyəti yaşanacaq.
Yevlax rayonunda isə 10 kilovoltluq "Nasos" xəttindəki işlər səbəbindən Aşağı Qarxun və Yuxarı Qarxun yaşayış məntəqələrində saat 10:00-dan 15:00-dək işıq olmayacaq, eyni zamanda həmin vaxtlarda "Nemətabad" xəttindəki təmir planına əsasən Xaldan, Qaraoğlan, Qəribli və Quşçu kəndləri də əhatə dairəsinə düşəcək.
Mingəçevir şəhərində də 110/35/6 kilovoltluq "Karxana" yarımstansiyasından qidalanan 6 kilovoltluq hava xəttində təmir-bərpa işləri həyata keçiriləcək, bununla yanaşı elektrik xətlərinə mane olan ağacların budanması icra olunacaq.
Nəticədə, səhər saat 10:00-dan günorta saat 15:00-dək 20 Yanvar, Müslüm Maqomayev və Sahil küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra göstərilən ünvanlardakı istehlakçılar daha keyfiyyətli və etibarlı şəkildə işıqla təmin ediləcəklər.
