14:38

Xətai Tibb Mərkəzində mürəkkəb göz əməliyyatları icra olunmağa başlanacaq

Xətai Tibb Mərkəzində mürəkkəb göz əməliyyatları icra olunmağa başlanacaq

Lider.com.az istinadən bildirir ki, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində bundan sonra əvvəllər həyata keçirilməyən bütün mürəkkəb oftalmoloji cərrahiyyə əməliyyatları icra ediləcək.

Bunu qurumun direktoru Aybəniz Saniyeva yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin istifadəyə verilməsi mərasimində media nümayəndələrinə açıqlamasında bildirib.

Onun dediyinə əsasən, vətəndaşların ən çox ehtiyac duyduğu müxtəlif növ göz xidmətləri də yüksək səviyyədə təmin olunacaq.

Rəhbər qeyd edib ki, yenidən fəaliyyətə başlayan struktur bölmədə tor qişa ilə yanaşı ön seqment patologiyalarının yoxlanılması məqsədilə optik koherentsə tomoqrafiya, Pentacam vasitəsilə buynuz qişanın topoqrafiyası və tomoqrafiyası, eləcə də uşaqlar üçün kontaktsız refraktometriya diaqnostikası aparılacaq.

Eyni zamanda, mərkəzdə çətin katarakta əməliyyatları, skleral fiksasiyalı intraokulyar linzalar vasitəsilə afakiyanın korreksiyası, vitrektomiya və göz içi drenaj implantasiyası prosedurları da yerinə yetiriləcək.

Xəbər lenti

    Çox oxunanlar