
Lider.com.az istinadən bildirir ki, zorakılıqla üzləşən və ya bu təhlükə ilə qarşılaşan xanımların zəruri məlumatlar və dəstək vasitələri ilə təminatını asanlaşdıran “Azercell” şirkətinin “Oflayn Qadınlar” sosial təşəbbüsü iki nüfuzlu beynəlxalq festivalda ümumilikdə beş mükafata layiq görülmüşdür.
Belə ki, sözügedən layihə Daşkənd Reklam Festivalında (TAF!26) bir qızıl, iki gümüş, Batumidə baş tutan Ad Black Sea yaradıcılıq yarışmasında isə bir gümüş və bir bürünc medalla qiymətləndirilmişdir.
TAF!26 tədbirində “Oflayn Qadınlar” kampaniyası “Sosial və KSM kampaniyaları” istiqamətinin “Ən yaxşı sosial təsir kampaniyası” bölməsində birinci yeri tutaraq qızıl mükafata sahib çıxmışdır.
Bununla yanaşı, təşəbbüs həmin festivalda “Yaradıcılıq və icra ustalığı” üzrə “Ən yaxşı kreativ strategiya”, həmçinin “Media kampaniyaları” kateqoriyasında “Ən yaxşı inteqrasiya olunmuş media kampaniyası” nominasiyaları üzrə iki gümüş mükafat qazanmışdır.
Regionun marketinq, biznes və yaradıcılıq mütəxəssislərini bir araya toplayan TAF!26 tədbirində iki mindən artıq iştirakçı, həmçinin yetmişdən çox yerli və xarici mütəxəssis qatılmış, ümumilikdə otuz beş nominasiya üzrө dörd yüz səksən üç kreativ iş yarışmışdır.
Ad Black Sea festivalında da öz sosial təsiri və yaradıcı yanaşması ilə seçilən layihə “Dayanıqlı İnkişaf Məqsədləri / İnsanlar” bölməsində gümüş, “Kino sənəti / Rejissor işi” kateqoriyasında isə bürünc mükafata layiq bilinmişdir.
Yaradıcılıq və reklam sahələrini birləşdirən bu müsabiqəyə isə müxtəlif dövlətlərdən dörddüstdən çox layihə təqdim olunaraq dəyərləndirilmişdir.
Qeyd edək ki, “Oflayn Qadınlar” təşəbbüsü zorakılıq halları və riskləri ilə bağlı hüquqi, praktiki məlumatları, habelə mövcud kömək mexanizmlərini qadınlar üçün sadələşdirən rəqəmsal platformadır.
Bu layihənin əsas özəlliklərindən biri internet paketindən və ya balansda vəsaitdən asılı olmayaraq fəaliyyət göstərməsidir.
Belə ki, “Azercell” abunəçiləri hesablarında vəsait və ya aktiv internet tarifi olmadıqda belə oflaynqadinlar.az ünvanına daxil olaraq zəruri dəstək resurslarından sərbəst şəkildə yararlana bilirlər.
