09:28

Baş Dövlət Yol Polis İdarəsi dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polis İdarəsi dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

Lider.com.az istinadən bildirir ki, ölkə ərazisində hökm sürən dumanlı hava şəraiti səbəbindən, o cümlədən Abşeron yarımadasında bir sıra istiqamətlərdə hərəkət görünürlüyü xeyli dərəcədə azalıb.

Bu barədə Baş Dövlət Yol Polis İdarəsi açıqlama yayıb.

Bildirilib ki, duman xüsusən səhər və axşam vaxtlarında sürücülərin görmə dairəsini daraldır, bu da ağır qəzalara, həmçinin zəncirvari toqquşmalara səbəb ola bilər.

Buna görə də sürücülərə belə hava şəraitində son dərəcə diqqətli olmaq, sürəti meteoroloji şəraitə uyğunlaşdırmaq, məsafəni artırmaq, işıq cihazlarının işləkliyini yoxlamaq, ötmə və manevr edərkən təhlükəsizlik tədbirlərinə tam əməl etmək tövsiyə olunur.

Piyadalardan isə duman zamanı sürücülərin yolu və ətrafını görməkdə çətinlik çəkdiyini unutmayaraq yola çıxarkən daha məsuliyyətli davranmaları xahiş olunur.

Xəbər lenti

    Çox oxunanlar