BAKU.WS xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəsmi "Telegram" kanalında bildirilib.
Məlumata görə, təlim-döyüş tapşırığının icrası zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən 17 hərbi qulluqçunu dənizdə axın aparıb. Üç nəfəri xilas etmək mümkün olub, iki nəfərin axtarışları davam edir.
Hadisə yerində axtarış-xilasetmə işləri Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayevin rəhbərliyi altında gücləndirilmiş rejimdə davam etdirilir.
