Sizin Reklam Burada
RU
09:22

“ABŞ Azərbaycanı ovucunda görmək istəyir”

“ABŞ Azərbaycanı ovucunda görmək istəyir”ABŞ Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istəyir. ABŞ heç kimlə münasibətlərini nizamlamır. Amerikaya görə, münasibət qurmaq üçün heç bir dövlətlə bərabərhüquqlu məntiq yoxdur. Vaşinqton öz istəyini yerinə yetirmək üçün başqalarına ehtiyac duyur.
ABŞ həm Qafqazda, həm də Mərkəzi Asiyada güclənmək fikrindədir. Amma Azərbaycansız regionda möhkəmlənmək qeyri-mümkündür: ABŞ Azərbaycana qarşı münasibətlərində soyuqluq yaratsa da Azərbaycan olmadan Qafqazda möhkəmlənməyin çətin olacağını yaxşı bilir.

"Biz açıq şəkildə dedik ki, sentyabrın 19-dan sonra sülhün bərqərar olması istiqamətində irəliləyiş görməyincə, Azərbaycanda heç bir şey normal davam etməyəcək”. Belə bir “siyasi ekstravaqantizmə” söykənmiş açıqlamanın müəllifi ABŞ Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayndır. Qeyd edək ki, Birləşmiş Ştatlar rəsmisi fikirlərini ölkə Konqresinin Nümayəndələr Palatasında Qarabağla bağlı noyabrda keçirilmiş dinləmələr zamanı açıqlayıb.

Onun sözlərindən biri bu olub ki, ABŞ və Avropa Ermənistanı transatlantik birliyə yaxınlaşdırmaq üçün birgə plan hazırlayır. Heç şübhəsiz, bu plan İrəvanı hərbi baxımdan gücləndirmək niyyətidir. Yəni, faktiki olaraq ABŞ–Ermənistan məsləhətləşmələrində nəzərdə tutulanlardan biri də budur. Həm də ona görə budur ki, O’Braynın İrəvanı transatlantik məkana yaxınlaşdırmaq məntiqi Avropa İttifaqının ticarət və iqtisadi əməkdaşlıq üstünlüklərinin Ermənistan naminə səfərbərliyini nəzərdə tutur.

ABŞ rəsmiləri dinləmələrdə bildiriblər ki, ABŞ-da Azərbaycana birbaşa yardımları qadağan edən, "907-ci düzəliş" kimi tanınan qanunun tətbiqini dayandıran qərarın müddətini uzatmayacaqlar.

Azərbaycan bunu "bədxah addım" kimi qiymətləndirib və ABŞ-ın yadına "Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə" olduğunu salıb.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsindən sonra ABŞ Konqresinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi edilib ki, bu da bu ölkədən Azərbaycana birbaşa yardımları qadağan edir və hər il ABŞ Prezidentinin qərarı ilə bu sənədin tətbiqi müvəqqəti dayandırılırdı. Dinləmələrdə Qarabağdan Ermənistana sığınan şəxslərlə bağlı ABŞ-ın bu ölkəyə 11,5 milyon dollar yardımından əlavə, daha 6 milyon dollar məbləğində əlavənin də olacağı danışılıb.
Onu da qeyd edək ki, ABŞ özünün hədəfində olan ölkələri nəzarətdə saxlamaq üçün fərqli metodlardan faydalanır. Ən çox rast gəlinənlərdən biri də bu ölkələrdə müxalifət təşkilatlarının dəstəklənməsidir. Bunun üçün həm hüquqi əsas, həm də icra mexanizmi formalaşdırılıb. Çoxsaylı donor institutlar, yardım fondları yaradılıb. USAID, NED, Marşall Fondu, IREX və digər onlarla “beynəlxalq institutlar” məhz bu cür proqramların icraçıları olaraq meydana çıxıblar. Onlar zahirən “demokratik inkişafa dəstək vermək” adı altında fəaliyyət göstərirlər, bu məqsədlə “qrantlar verirlər”. Reallıq isə budur ki, yerli icmaları maddi vəsaitlə şirnikləşdirərək, legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlığa sövq edirlər.

Trend thinktank-ın baş redaktoru, tanınmış siyasi yazar (Təbriz) Ramin Fərhudi mövzu ilə bağlı "Xalq Cəbhəsi"nə verdiyi açıqlamasında bildirib ki, ABŞ Azərbaycanı ovucunda görmək istəyir: "ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətlərin gərginləşməsi ABŞ rəsmilərinin dünya ölkələrinə münasibətdə özünü baş görüb və dünyanın "güc" məsələsinə yanaşmasının dəyişməsini qəbul etməmələri ilə bağlıdır.

Bu gün dünya gücdən düzgün istifadə etməklə dünyada sülhü bərqərar etməyə çalışır, lakin ABŞ və Avropa kimi hegemonluğa və böyük qlobal nüfuza malik güclər bu qlobal yanaşma ilə qarşı-qarşıya qalmaqda şok və çaşqınlıq yaşayrlar.

Nigerin Fransaya qarşı çevrilişi və səfirinin bu ölkədən çıxarılması Fransa adına Avropa müstəmləkəçiliyindən xilas olmaq üçün bu səylərin yeni nümunəsi və digər Afrika ölkələrini bu gizli müstəmləkəçiliyə qarşı durmağı düşündürən bir hərəkətdi.

Çin və Rusiyanın ABŞ və onun avropalı müttəfiqlərinin siyasətlərinə qarşı müqaviməti bu münasibət dəyişikliyinə daha bir nümunədir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin olmasına baxmayaraq, illərcə işğal olunmuş Qarabağ torpaqlarını diplomatik yollarla, beynəlxalq hüquq, norma və əsas prinsiplərinə uyğun ermənilərdən geri almağa çalışan Azərbaycan işğal altında olan torpaqları geri qaytarmaq üçün hərbi əməliyyatlar seçməyə məcbur oldu və 44 gün ərzində möhtəşəm qələbə əldə edərək Qarabağı azad etdi. Amma bu, qərblilər üçün əlverişsiz idi".

R.Fərhudi onu da qeyd edib ki, Fransa ermənilərin Qarabağ hüququndan danışmağa davam etməyə çalışır və Ermənistanı yeni silahlarla təchiz etməklə Azərbaycan Respublikasını hərbi əməliyyatlarla hədələyir və Cənubi Qafqazda sülh prosesini qeyri-mümkün edir. Gürcüstan prezidenti fransız əsilli və dolayısı ilə Fransanın siyasi işğalı altında olan bir ölkə kimi Fransa və ermənilər üçün bu hərbi yüklərin daşınmasına şərait yaradır:

"Vaşinqton nümayəndələri də Bakıya müxtəlif səfərlərlə Qarabağ ermənilərinin məsələsinə müdaxilə etməyə çalışır və Azərbaycan hökumətinin bu məqsədyönlü təzyiqlərə müqavimətinə qarşı ABŞ Konqresinin bu ölkə ilə bağlı 907-ci düzəlişini onlara qarşı sanksiyalar tətbiq etmək üçün uzadırlar, məqsəd Azərbaycan Respublikası hökumətinə qarşı onu bu iradədən kənara çıxmağa məcbur etsinlər.

Azərbaycan Respublikası hökuməti xarici diplomatiyasını “dünya ilə maksimum əməkdaşlıq, minimum konflikt” üzərində qurub, lakin görünür, bu tendensiya Qərbdə bəziləri tərəfindən yanlış anlaşılıb. Regiondankənar hökumətlər hesab edirlər ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətlə əlaqələr qurmaqda öz “daxili zəifliklərini ört-basdır” etməyə çalışır, lakin bu hökumətin milli maraqlarla bağlı məsələlərdə daxili gücə arxalanaraq istənilən böhrandan çıxa biləcəyindən xəbərsizdirlər".
Təbrizli ekspertin fikrincə, amerikalıların Azərbaycan Respublikası ilə dostluqlarını bəyan etmələrinə baxmayaraq, son 30 il ərzində onunla çoxlu qeyri-dost münasibətləri olub ki, bu da təbii ki, Azərbaycan Respublikası ilə məhdudlaşmayıb.
Bu 30 il ərzində Amerika həmişə İrəvanın yanında olub. Niyə?:

"Birinci, ABŞ-dakı erməni lobbisinin təsiri həmişə ABŞ prezidentlərinin orada yaşayan erməni icmasından səs almaq üçün güvəndiyi məqamdır. Vaxtilə Dağlıq Qarabağ münaqişəsinin erməni versiyasını bir növ dini konflikt kimi qəbul edən ABŞ-ın dini sağ qanadının bu ölkənin siyasətinə təsiri indiki hakimiyyətin bu qrupun və erməni diaspora tərəfinin fikrini öyrənməsinə qarşıdan gələn prezident seçkilərində səbəb olub.

İkinci, Amerika hər zaman bir xristian ölkəsi kimi Ermənistanı dəstəkləyib və müsəlman Azərbaycanı Cənubi Qafqazdakı məqsədlərinə əngəl hesab edib. Ona görə də daxili işlərinə təsir etmək üçün həmişə öz dayaqlarını qaldırmağa çalışıb. Bunu Azərbaycanın daxili təhlükəsizlik xidmətinin müəyyən edib məhv etdiyi özəl mediaya pul yeritməklə sübut etmək olar. Azərbaycanın daxili işləri ilə bağlı araşdırma materialları hazırlayan KİV-lərə bu ölkənin səfirliyi vasitəsilə 5-15 min dollar arasında maliyyə yardımı göstərməsi də onun builki casusluq tədbirlərindən biridir.

Üçüncü, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə son 30 ildə erməni qaçqınları adlandırdığı qruplara 4,1 milyon dollardan çox humanitar yardım ayırdı, lakin bu müddət ərzində bu agentliyin rəsmiləri Azərbaycan qaçqınlarına kömək etmək üçün hər hansı bir hərəkətə dəstək olmayıblar. Dördüncü, Amerika İrandan qorxaraq Paşinyan hökuməti tərəfindən Ermənistanda hərbi baza yaratmağa çalışır. Ermənistan və NATO-nun Azərbaycan ordusunu hədələmək üçün birgə təlim keçirməsi İran, Azərbaycan və Türkiyənin reaksiyasına səbəb olan axmaq addım idi.

Bütün bunlara Avropa Birliyinin pozulmasını da əlavə etməliyik. Bu ittifaqın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycanla əməkdaşlıq etməməsi və Azərbaycan tərəfinə yalan məlumat verməsi işğaldan azad edilmiş ərazilərin erməni minalarının təhlükəsindən təmizlənməsini və Azərbaycanlı qaçqınların bu ərazinin əsas sahibləri öz ata-baba yurdlarına geri qayıtmasını ləngidir. Avropa Şurası Parlament Assambleyasının məruzəçisi həmçinin zərərlənən ailələri ilə görüşməkdən imtina edib ki, bu da Avropa Şurasının dəyərlərinin pozulması, insan hüquq və azadlıqlarına hörmətsizlik kimi qiymətləndirilir.

Təbii ki, bu heç də təəccüblü deyil, çünki Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Liza Kristofsen sadəcə olaraq Avropa Şurasının bəzi üzvlərinin mövqeyini əks etdirir. Onların bir çoxu, xüsusən də Fransa Ermənistanın tərəfdarıdır. Amerika avropalı tərəfdaşı ilə birlikdə Azərbaycanın öz əlində bir ölkə olmasını istəyir, amma neft yağı ilə çirklənmiş əllərin həmişə selikli olduğundan və heç nəyi möhkəm qavramadığından xəbərsizdir".

Çox oxunanlar