15:16

Nazirlər növbəti dəfə Moskvada toplaşacaq

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Rusiyanın paytaxtı Moskvada keçiriləcək.

Lider.com.az xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev Minskdə Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.

“Məhdud tərkibdə Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2024-cü il oktyabrın 7-də Moskvada keçirilməsi qərara alınıb”, - o qeyd edib.