Sizin Reklam Burada
RU
10:01

"ŞƏRUR" İNŞAAT  10 ildi vətəndaşı aldadır!

 "ŞƏRUR" İNŞAAT  10 ildi vətəndaşı aldadır!

Redaksiyaya Ağayev Gəray Azad oğlu müraciət edərək, bildirmişdi ki, 26.07.2010-cu il tarixində "MUR-AY" MMC ilə 8.600 ( səkkiz min altı yüz)AZN ödəməklə və Həsənov Elxan Balaxan oğluna 10.000 (on min) AZN ödəməklə müqavilə bağlamışdır. "MUR-AY" MMC rəhbəri Həsənov Elxan Balaxan oğlu qanunsuz əməllərinə görə həbs edilmişdir. Məsələ ilə bağlı tikinti işlərini davam etdirmək, narazı vətəndaşları mənzillə təmin etmək məqsədi ilə "ŞƏRUR" İNŞAAT bütün işləri öz öhdəliyinə götürmüşdür. 2023-cü ilin dekabr ayında "ŞƏRUR" İNŞAAT-dan ona  bildirdilər ki, onun  adı "ŞƏRUR" İNŞAAT-ın siyahısında yoxdu. Amma əlindəki Bakı Ağır Cinayətlər məhkəməsinin hökmdə, onun adı Ağayev Gəray Azad oğlu  zərər çəkmiş vətəndaşların siyahısında var. 10 il ərzində "ŞƏRUR" İNŞAAT vətandaşı yollarda qoyub və 10 ildi vətandaş heç bilməyib ki, onun adı zərərçəkmişlər  siyahısında yoxdur. Hər dəfə vətəndaş Ağayev Gəray Azad oğlu müraciətlər yazıb və ona cavab göndərilib ki mülki qaydada məhkəməyə müraciət etsin. "MUR-AY" MMC ləvğ olunub, şirkətin  rəhbərliyi həbs olunub və həmin vaxtdan 10 il keçib. İndi Ağayev Gəray Azad oğlu adı Ağır Cinayətlər Məhkəməsin 30 may 2013-cü il tarixli, iş nömrəsi 1(101)-72/2013, sədrlik edən Ağır Cinayətlər Məhkəməsinin hakimi İsmayılov Eldar Herov oğlu hökmdə  adı ola ola  niyə məhkəməyə müraciət etməlidir? Onuda xatirlatmaq istərdim ki, "MUR-AY" MMC şirkəti aldadan  şəxslərə mənzilləri "ŞƏRUR" İnşaat verib.
  Sonra vətəndaş  Ağayev Gəray Azad oğlu, bildirdi ki, həyat yoldaşı və 2 oğlu,  çox çətin şəraitdə yaşamağa məcburdu. Kirayə pulunu çatdırmır və hər dəfə stres keçirir.
Bu məsələ ilə bağlı, 2 gündü "ŞƏRUR" İNŞAATLA əlaqə saxlamaq və bir mövqe öyrənmək  mümkün olmayıb. Hüquq şöbəsində işləyən  Şahbuz müəllim deyir ki, Leyla xanım xəstaxanadı, İsfəndiyar müəllimin işi çoxdu. Mən isə heçkiməm.
Qarşı tərəfin mövqesini öyrənməyə hazırıq.
     Heydər










Çox oxunanlar