
Mərkəzdən Lider.com.az-a verilən məlumata görə, yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib.
Bu müddət ərzində 1 özəl tibb müəssisəsinin – “Medicare Klinikası” MMC -də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmamsı səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib.

