Cinayət yolu əldə edilmiş 5 milyon manat pulu leqallasdirmaqda ittiham olunan keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsi başlayıb.
Lider.com.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılma) maddəsi ilə ittiham olunan Hüseyn Abdullayevin məhkəmə prosesi hakim Azər Tağıyevin sədrliyi ilə keçirilib. Xatırladaq ki, Hüseyn Abdullayevi 3 vəkil-Ceyhun Yusifov, Şəhla Hümbətova və Günay İsmayılova müdafiə edir. İlk olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Huseyn Abdullayev bildirib ki, ittiham aktını almayıb, həmçinin zəhərləndiyini və bununla bağlı səhhətində ciddi problemlərinin yarandığını qeyd edib. Bu zaman vəkillərlə Hüseyn Abdullayev arasında ittiham aktının alınması ilə bağlı ziddiyət yaranıb. Sonda vəkillərin təzyiqi ilə Hüseyn Abdullayev ittiham aktını aldığını deyib.
Vəkil Şəhla Hümbətova təqsirləndirilən şəxsin məhəkəm prosesi gedən zaman vəkillərin yanında oturması ilə bağlı vəsatət verib. Dövlət ittihamçısı Rauf Malışov vəkilin vəsatətinin təmin olunmamasını istəyib. Hakimlər isə öz aralarında müşavirə etdikdən sonra vəsatətin qəbul olunması ilə bağlı qərar veriblər. Hüseyn Abdullayev isə vəkillərin yanında oturmaqdan imtina edib.
Daha sonra vəkil Şəhla Hümbətova Hüseyn Abdullayevin səhhəti ilə bağlı danışıb: "Hüquqlarını müdafiə etdiyim şəxs təzyiq xəstəliyindən əziyyət çəkir, ona təzyiq iynəsi vurulub və adını bilmədiyi dərman həbi verilib. O gündən ürək ağrılarından, boğulmalardan əziyyət çəkir.
Hakimlər Hüseyn Abdullayevin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı vəsatət təmin ediblər.
Cinayət işinin istintaqı Baş Prokurorluq tərəfindən aparılıb.
Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib.
O, külli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.