Sizin Reklam Burada
RU
18:37

Paytaxtda narkotik satmaq istəyən şəxs HƏBS EDİLDİ


Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dəfələrlə məhkum olunmuş 1990-cı il təvəllüdlü Cəsarət Nadirov saxlanılıb.

Lider.com.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, həmin şəxsdən 3 kiloqram marixuana aşkarlanıb. C.Nadirov ifadəsində narkotikləri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Çox oxunanlar