Sizin Reklam Burada
RU
15:28

25 kq-dan çox gümüşün qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alındı


Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 25 kq-dan çox gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.
Lider.com.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Bildirilib ki, Bakı-İstanbul aviareysi ilə gedən ölkə vətəndaşının baqaj yüklərinə rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.

2 ədəd baqaj yükündə aparılan yoxlama zamanı ümumilikdə 77 ədəd kütlədən ibarət 25 kiloqram 56 qram gümüş aşkar edilib

Faktla bağlı araşdırma aparılır.

Çox oxunanlar