Sizin Reklam Burada
RU
11:19

Keçmiş məhkumdan avtomat götürüldü


Siyəzən rayon sakini əvvəllər məhkum olunmuş Şamil Quliyevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
Lider.com.az xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Ondan 9 ədəd patron, 1 ədəd patron darağı və gizlətdiyi yerdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ş.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Çox oxunanlar