08:40

Adıyamanda ZƏLZƏLƏ

Türkiyənin Adıyaman vilayətində yenidən zəlzələ qeydə alınıb.

Lider.com.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Çelikhan rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 6.7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.