Sizin Reklam Burada
RU
16:16

Avropa İttifaqından Rusiyanın qonşularına XƏBƏRDARLIQ

Avropa İttifaqından Rusiyanın qonşularına XƏBƏRDARLIQAvropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndəsi David Osallivan Rusiya ilə qonşu olan ölkələrə səfər edəcək.

Bu barədə "Sputnik" agentliyi məlumat yayıb.

Məlumata görə, xüsusi nümayəndə hazırda Qırğızıstandadır. O, daha sonra Qazaxıstan, Özbəkistan, Gürcüstan və Ermənistana gedəcək.

Səfər zamanı Aİ nümayəndəsi ölkələrə Rusiyaya sanksiyalardan yan keçməyə yardım etməmək barədə xəbərdarlıq edəcək: “Biz istəməzdik ki, onlar sanksiyalardan yan keçmək üçün platformaya çevrilsinlər”.

Çox oxunanlar