"Uzaq Şərq gələcək iqtisadiyyat üçün zəruri olan titan, litium, niobium, nadir torpaq metalları və digər resursların axtarışı və hasilatı üçün potensiala malikdir".
Lider.com.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar sessiyasında bəyan edib.
"Uzaq Şərq geoloji tədqiqatların dəfələrlə çox inkişaf potensialına malikdir. O cümlədən söhbət gələcək iqtisadiyyatda tələb olunan yüksək texnoloji xammalın - titan, litium, niobium, nadir torpaq metallarının axtarışı və hasilatından gedir", - deyə o bildirib.

