Türkiyədə toyunda gəlinə hədiyyə edilən kiloqramlarla qızılla gündəmə gələn "Vanlı Kara Haydar" ləqəbli Mehmet Fatih Tançalan həbs edilib.Oxu.Az bu barədə "Hürriyet" qəzetinə istinadən xəbər verir.
O, cinayət yolu ilə əldə edilən aktivlərin yuyulması ittihamı ilə həbs edilib.
Mehmet Fatih Tançalanın həyat yoldaşı, sosial media fenomeni Çağla Öz isə sosial media hesablarını bağlayıb
15:54
Türkiyədə "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz onun saxlanılmasından sonra diqqətçəkən addım atıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Çağla Öz həyat yoldaşının nəzarət altına alınmasından sonra 1.5 milyon izləyicisi olan sosial media hesabını bağlayıb.
Çağla Özün "Instagram" hesabına daxil olmaq istəyənlər "İstifadəçi tapılmadı" bildirişi ilə qarşılaşıblar. Onun "Instagram" hesabı hazırda giriş üçün qapalı görünür.
