Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan iyunun 24-də Tehrana səfər edəcək.Bu barədə İranın "Tasnim” agentliyi məlumat yayıb.
Səfər zamanı nazirin Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin yenidən açılması mərasimində iştirak edəcəyi ehtimal edilir.
Qeyd edək ki, İranın Ər-Riyaddakı səfirliyi və Ciddə şəhərindəki konsulluğu 7 il fəaliyyətini dayandırdıqdan sonra ötən həftə missiyalarını bərpa edib.
