Sizin Reklam Burada
RU
07:36

Finlandiyaya NATO qüvvələri yeridilərsə... - Rusiya

Finlandiyaya NATO qüvvələri yeridilərsə... - RusiyaQərb və şimal-qərb istiqamətində hərbi potensialımızı gücləndirəcəyik.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Finlandiyanın NATO-ya üzv olmaq potensialını dəyərləndirərkən deyib.

"Əgər digər NATO üzvlərinə məxsus hərbi qüvvələr və maşınlar Finlandiyaya yerləşdirilərsə, əlavə addımlar atacağıq. Rusiyanın hərbi təhlükəsizliyini möhkəm şəkildə təmin edəcəyik”, - Qruşko bildirib.

Qeyd edək ki, NATO-nun baş katibi aprelin 4-də Finlandiyanın alyansın 31-ci üzvü olacağını və ölkənin bayrağının NATO-nun mənzil-qərargahında dalğalanacağını açıqlayıb.

Çox oxunanlar