Sizin Reklam Burada
RU
17:05

2 fevral - Gənclər Günü ilə bağlı rayon tədbiri keçirilmişdir

2024-cü il 1 fevral tarixdə Laçın rayonunndan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon Təhsil Şöbəsinin iclas zalında rayon gənclərinin iştirakı ilə 2 fevral - Gənclər Günü ilə bağlı tədbir keçirilmişdir.

Laçın Rayon İcra Hakimiyyətinin və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Laçın rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbir sektor müdiri Natiq Mustafayev tərəfindən açıq elan edildikdən sonra Ulu Öndər Heydər Əliyevin və dövlətimizin müstəqilliyi, torpaqlarımızın müdafiəsi və azad olunması zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmış, 44 günlük Vətən müharibəsindəki Azərbaycan gəncliyinin şücaətindən bəhs edərək, Ulu Öndər Heydər Əliyevin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu bildirmiş, bu gün də




həmin siyasətin möhtərəm prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusilə vurğulamışdır.

Tədbirdə çıxış edən gənclər onlara dövlət səviyyəsində olan inam və dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını, daim Heydər Əliyev ideyalarına sadiq qalacaqlarını, dövlət başçısı ətrafında sıx birləşərək üzərlərinə düşən bütün vəzifələrin layiqincə yerinə yetirəcəklərini bildirdilər.

Tədbirin sonunda bir qrup fəal gəncə Fəxri Fərmanlar təqdim olunmuşdur.

Çox oxunanlar