
Lider.com.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.
“Aprel döyüşlərinin əhəmiyyəti nəzərə alınaraq Aprel döyüşçülərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda abidənin qoyulmasını, Cocuq Mərcanlıda inşa olunan muzeyin fəaliyyətə başlaması üçün addımların atılmasını təklif edirəm. Təəssüflə qeyd etmək lazımdır ki, bir neçə ildir qəsəbədə muzey inşa olunmasına baxmayaraq hələ də fəaliyyətə başlamayıb”,- deyə deputat qeyd edib.
