
Növbəti ağacəkmə aksiyası Sumqayıt Bulvarında keçirilib. Aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Genişmiqyaslı ağacəkmə aksiyası zamanı Sumqayıt bulvarı ərazisində 10 min zeytun ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.




















