Sizin Reklam Burada
RU
18:11

Xankəndi məhkəməsinə sədr təyin olunan İlkin Abdullayev kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.

“Lider.com.az ”ın məlumatına görə, İ. Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib.

O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

Xəbəri rus dilində oxuyun: Что известно о новоназначенных женщинах-судьях

Əvvəllər Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Çox oxunanlar