Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə həvalə edilib.
Lider.com.az xəbər verir ki, bu təyinatadək Namiq İslamzadə Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.
Xatırladaq ki, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.
N.İslamzadə 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla ona "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Qeyd edək ki, bu barədə ilk xəbəri "manset.az" saytı yayıb.