Malik Mirzəyev:"Xankəndidəki parad Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirdi"
Qalib Azərbaycanda Zəfər dolu günlər biri-birini əvəz edir. Oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaldan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Xankəndi şəhərində dünyaya səs salan daha bir möhtəşəm tədbirdə - Vətən müharibəsində tarixi Zəfərimizin üçüncü ildönümünə həsr olunan hərbi paradda iştirak etdi. Bütün bu biri-birindən möhtəşəm, qürurverici bayram tədbirləri bir daha sübut edir ki, dövlətinin, xalqının gələcəyini düşünən Prezident İlham Əliyev əvəzolunmaz lider və tarixi şəxsiyyət kimi hər bir vədini reallığa çevirir, qalib Azərbaycanımızın imzasının imzalar arasında görünməsini, beynəlxalq arenada rolunun, dəyərinin yüksəldilməsini əsas hədəf kimi qarşıya qoyur. Bu, artıq təsdiqini tapmış təkzibolunmaz faktdır ki, İlham Əliyev sözü ilə əməli vəhdət təşkil edən qətiyyətli Prezidentdir.
Dövlətimizin başçısı hərbi paraddakı çıxışında “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq” fikirləri ilə ölkə rəhbəri kimi fəaliyyətinin əsas hədəfini açıqladı. Əgər bu gün artıq tarixi sahibinə qovuşmuş torpaqlarımızda Azərbaycanın üçrəngli Bayrağının qürurla dalğalanmasından bəhs ediriksə, unutmamalıyıq bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən müdrik siyasətinin, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir qəsdin qarşısını alan rəşadətli Ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin nəticəsidir. Müzəffər Ali Baş Komandan hərbi paraddakı çıxışında böyük qürurla qeyd etdi ki, Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan birdəfəlik qovdu.