Sizin Reklam Burada
RU
16:22

Azərbaycan beynəlxalq layihələrin uğurlu müəllifidir

COP 29 Beynəlxalq Konfransına Azərbaycanın ev sahibliyi etməsi bəzi dövlətləri narahat etdiyi üçün, neft ölkəsi olmağımızı bəhanə edərək, tənqidlər irəli sürürlər ki, bu tənqidlər olduqca əsassız və əhəmiyyətsizdir.
Azərbaycan zəngin təbii sərvətlərə malik olan bir ölkə olsa da, bu sərvətlərdən ən təhükəsiz şəkildə istifadə etməyi bacaran bir ölkədir. Elə buna görədir ki, Cənab Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews" telekanalına vediyi müsahibədə, çox doğru şəkildə qeyd etmişdir ki, “Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin”. Odur ki, hamıya bəllidir ki, Azərbaycan zəngin təbii sərvətlərə malik olan ölkə olsa da, hər zaman Qlobal çağırışlara məsuliyyətlə yanaşan Azərbaycanda da ekologiya və ətraf mühitin mühafizəsi məsələsi bütün dövrlərdə prioritetlər sırasında olub. İstər aidiyyəti dövlət qurumları, istər özəl təşkilatlar, istərsə də vətəndaş cəmiyyətinin nümayəndələri ölkənin ekoloji mühitinin daim sağlam, təmiz qalması üçün davamlı olaraq tədbirlər, layihələr həyata keçirirlər. Dəniz sahilinin təmizlənməsi, plastik tullantıların, eləcə də digər zərərli tullantıların toplanılaraq müvafiq yerlərə təhvil verilməsi, ağacəkmə kampaniyalarının təşkil olunması kimi bir çox ekoloji tədbirlər deyilənlərin əyani cəmiyyət olaraq biz bu baxımdan kifayət qədər təcrübəyə sahibik. Azərbaycanda qəbul olunan layihə proqramları, həm də 2030-cu ilədək hədəflənilmiş 30 faizədək alternativ enerji mənbələrinin yaradılması, geniş artım strategiyasının qəbul olunmasını digər ölkələrlə bölüşəcəkdir. Bu baxımdan COP29 Azərbaycan üçün əla fürsətdir.

YAP Laçın Rayon Təşkilatının 54 saylı Ərazi Partiya Təşkilatının sədri, Uğurlu Şəbnəm Tofiq qızı

Çox oxunanlar