Sizin Reklam Burada
RU
08:44

Qəbul imtahanının cavabları nə vaxt açıqlanacaq?

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.



Lider.com.az-ın məlumatına görə, imtahanda 35966 abituriyentin iştirakı nəzərdə tutulurdu.



İyunun 3-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.



İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Çox oxunanlar