Sizin Reklam Burada
RU
14:30

Zakir Həsənov generalı işdən çıxardı - Yeni təyinat

Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.



Lider.com.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.



Əmrə əsasən, Namiq Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.



Nazirin digər əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.

Çox oxunanlar