Bu gün Lider.com.az saytının redaktoru Sayara Heydarovanın doğum günüdür.
Biz də Lider.com.az adından bu əziz gündə Sayara xanımı səmimi qəlbdən təbrik edirik, ona ailə həyatında xoşbəxtlik, işlərində müvəffəqiyyətlər və yeni yaşında gözəl bir ömür arzu edirik. Yeni ömür səhifəniz xoş, unudulmaz xatirələrlə dolu olsun, sevdiyiniz insanlarla arzuladığınız həyatı yaşayasınız əziz Sayara xanım.
Onu da qeyd etmək lazımdır ki, Sayara xanım Vətənə, Xalqa, Dövlətə və dövlətçiliyə sadiq ictimai xadimdir. Həmçinin Sayara Heydarova Cənab Prezident İlham Əliyevin siyasətini, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyevanın və onun Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində rolunun xüsusi olduğu siyasi təfəkkürünü uğurla davam etdirənlərdəndir.
Biz də möhtərəm Prezidentimizin və birinci vitse-prezidentimizin siyasi kursunun və təfəkkürünün Sayara Heydarova kimi layiqli və uğurlu davamçısının olmasından fəxr və qürur hissi duyuruq. Sayara xanım bir daha Sizi doğum gününüz münasibətilə təbrik edirik və bu cür şərəfli ömür yolunuzda Sizə yeni nailiyyətlər arzulayırıq.