
Türkiyənin müdafiə sənayesindəki irəliləyişi Yunanıstan, Cənubi Kipr Rum Administrasiyası və İsrail arasında üçtərəfli ittifaq daxilində yeni fəaliyyətə səbəb olub.
Afina İsraildən yeni hava hücumundan müdafiə sistemlərinin alınması üçün danışıqlara başlayıb.
Bildirilir ki, bu kontekstdə İsrail Milli Təhlükəsizlik Şurasının sədr müavini Gil Reyx və hərbi katib general-mayor Roman Qofman baş nazir Benyamin Netanyahunun göstərişi ilə Afinaya göndərilib.
İsrail mediası bu diplomatik addımları Türkiyənin müdafiə sənayesində artan gücünə qarşı qabaqlayıcı tədbir kimi şərh edib.
