Sizin Reklam Burada
RU
21:34

VƏTƏNDAŞ PREZİDENTƏ MÜRACİƏT ETDİ


(Əliyev Əbülfət Hikmət oğlu)



Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına

Əliyev Vüqar Malik oğlu tərəfindən


Ə R İ Z Ə

Mən Əliyev Vüqar Malik oğlu təsdiq edirəm ki, Əliyev Əbülfət Hikmət oğlu məndən 13000 manat məbləğində pul götürüb və qaytarmayıb. Xahiş edirəm bu barədə ölçü götürəsiniz.

Hadisə 2019-cu ilin fevral ayında baş verib. Axşam Əbülfət mənə whatsappla sosial şəbəkəsindən mesaj yazaraq bildirdi ki, əlavə olaraq 5000 manat qazanmaq üçün əla fürsət var. Sadəcə 10000 manat depozit qoymaq lazımdır. Əbülfət mənim ən yaxın dostlarımdan biri olub. Ailəvi get-gəlimiz olub. Maşınla qapıma gəldi və maşında bir qədər bu barədə ətraflı söhbət etdik. Dəfələrlə pulu notarial qaydada verməyi təklif etsəm də o mənə "sən mənə necə inanırsansa mən də ona elə inanıram, pula nəsə olsa başımla cavabdehəm" dedi. Mən inandım ve pulu ona verdim. O, da pulu aparıb Fariz adlı şəxsə verib.

Ayda 1250 manat olmaqla 12 ay mən bu pulu almalıydım. Xatırlatmaq istəyirəm ki, pulların hamısı Xırdalan ərazisində verilib. Mən bu pulu ipoteka üçün yığırdım ve Əbülfət də guya mənə ilkin ödənişi çox vermək üçün kömək etmək istəyirdi. Bu hadisədən bir neçə gün sonra Əbülfət özü mənə təklif etdi ki, gəl belə işi özümüz quraq. Faizə pul verək. Yenə mən dedim ki, biz bacarmarıq bu işlə. Onun israrı ilə başladım ona yenə pul verməyə. Aldığım ilk 1250 manatı da ona bu məqsədlə verdim ve ümumi faizsiz borc 8750+5000 manat oldu. Növbəti aylarda artıq mən ödəniş almalı idim. Amma hər dəfə faizə buraxmışam deyərək mənə heçnə vermirdi. Xatırlatmaq istəyirəm ki, mən verdiyim bu pullardan heç bir gəlir əldə etməmişəm. Üstündən artıq 3 ay kecdikdən sonra Əbülfət məni çağırdı ve söhbət etmək istədiyini bildirdi.

Söhbət əsnasında məlum oldu ki, Əbülfət faiz məsələsini daha da böyütmək istəyib və Fariz adlı şəxsdən 20000 manat alıb başqasına verib. O da yoxa çıxıb. Mən bundan sonra pulumu istədim, amma pul ala bilmədim. Bundan başqa mən həmin illərdə Əbülfət üçün Bank Respublika və Azər-Türk Bankdan kredit götürmüşəm. Dəfələrlə maaş kartım bank respublikada olan gecikmələrə görə bloklanıb. Azər-türk bank isə 3aylıq gecikmə yarandığı üçün məni məhkəməyə verməyə hazırlaşırdı. Azər-türk bankdan krediti Əbülfətə maşın almaq üçün götürmüşdüm. Nəticədə mənim MKR-im korlandı ve bir müddət mən kredit almaqda çətinlik çəkdim. Daha sonra mən 13750 manat pulumu geri istədim.

Əbülfət 3-cü şəxsi, yəni 20 min manat verdiyi şəxsi araya qoşdu və ondan alıb mənə pulu qaytaracağına söz verdi. Mən dəfələrlə buna razı olmasam da, o mənə "mənim təklifim budur, istəyirsən razılaş, istəmirsən razılaşma" dedi. Məcbur qalıb razılaşdım və 2 il ərzində cəmi 750 manat pul göndərdi mənə. 2025-ci ilin yanvar ayından bu günə qədər heç bir ödəniş etmir. Sms-lərimə də cavab yazmır.

Məsələ ilə bağlı aidiyyatı qurumlardan xahiş edirəm ki, mənə köməklik göstərəsiniz. Öncədən təşəkkürümü bildirirəm.





Hörmətlə, Əliyev Vüqar

Çox oxunanlar