Sizin Reklam Burada
RU
09:33

Ulduzlararası kosmik obyekt sürətlə Yerə yaxınlaşır - "Sərhədi keçdi..."




Ulduzlararası kosmik obyekt - “3I/ATLAS” 23 noyabr səhəri Yerə 300 milyon kilometrlik məsafədən daha yaxınlaşıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Məlumata görə, bu məsafə hər gün 2 milyon kilometr azalmağa davam edir.

“Bazar günü, Moskva vaxtı ilə təxminən 07:30-da (Bakı vaxtı ilə 8:30) ulduzlararası "kometa-gəmi" Yerə olan 300 milyon kilometrlik psixoloji baxımdan önəmli sərhədi keçdi və hazırda planetə olan məsafəni sutkada təxminən 2 milyon kilometr azaltmaqda davam edir", - deyə bildirilib.

Qeyd olunub ki, oObyektin Yerə yaxınlaşması əsasən elə Yerin özünün səyi hesabına baş verir, çünki hazırda Yerin orbit üzrə hərəkəti demək olar ki, dəqiq şəkildə 3I/ATLAS-ın göydə hərəkət etdiyi nöqtəyə tuş gəlir.

Kometanın trayektoriyasını Günəşə nisbətən nəzərdən keçirdikdə, onun artıq Günəş sistemindən çıxış yolunda olduğu görünür, lakin buna baxmayaraq Yerə yaxınlaşmaqda davam edir.

Çox oxunanlar