Sizin Reklam Burada
RU
09:54

"COVID-19"dan daha təhlükəli pandemiya gəlir? - Alimdən xəbərdarlıq




Mutasiya olmuş quş qripi virusu bəşəriyyət üçün COVID-19 pandemiyasından daha təhlükəli ola bilər.

Bunu Fransanın Pasteur İnstitutu nəzdində fəaliyyət göstərən Tənəffüs İnfeksiyaları Mərkəzinin rəhbəri Mari-An Rameyks-Velti bildirib.

Alim bu virusun daha ağır fəsadlara yol aça biləcəyi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, əsas təhlükə virusun məməlilərə, xüsusən də insanlara uyğunlaşması və bundan sonra insandan-insana ötürülə bilən hala gələ bilməsidir. Bu ssenari reallaşarsa, quş qripi görünməmiş pandemiyaya səbəb olacaq.

Alim quş qripini niyə "COVID-19"dan daha təhlükəli virus hesab etdiyinə də aydınlıq gətirib. Belə ki, insanlarda quş qripinə qarşı antikorlar yoxdur, quş qripinə yoluxma hallarında xroniki xəstəliyi olmayan insanlarda belə ölüm riski olduqca yüksək olacaq.

Çox oxunanlar