Sizin Reklam Burada
RU
09:25

Sürücüsüz taksilərin sınaqlarına başlanıldı - Belə sifariş ediləcək




Dubayın Cümeyra və Umm-Sukeim rayonlarında "WeRide" sürücüsüz taksilərinin kommersiya məqsədli istismarı başlanıb.

Bu barədə Dubay hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hələlik bu xidmət yalnız sürücünün iştirakı ilə sınaq rejimində həyata keçirilir.

“Dubay Yol və Nəqliyyat İdarəsi bu gündən etibarən Dubayda "Uber" tətbiqi vasitəsilə ictimai robotaksi üzrə pilot layihənin işə salındığını elan edir”, — məlumatda deyilir.

Bildirilib ki, layihənin həyata keçirilməsi ilə "WeRide" və "Uber Technologies" şirkətləri məşğul olub. Bu cür taksini "Uber" tətbiqi vasitəsilə sifariş etmək mümkündür.

Qeyd olunub ki, xidmətin sınaq mərhələsindən tam fəaliyyətə keçidi 2026-cı ilin əvvəlində planlaşdırılır.

Çox oxunanlar