
56 yaşlı amerikalı Steyn-Erik Solberqin "ChatGPT" ilə ünsiyyətdən sonra 83 yaşlı anasını öldürməsi və ardınca özünə qəsd etməsi səbəbindən "OpenAI" şirkətinə qarşı iddia qaldırılıb.
Qətlə yetirilmiş Süzanna Adamsın varisləri məhkəməyə müraciət edərək bildiriblər ki, Solberq uzun müddətdir psixi pozuntudan əziyyət çəkirdi və anasını onu təqib etməkdə təqsirləndirirdi.
İddiaçılar hesab edirlər ki, "ChatGPT"nin yaradıcıları Adamsın ölümünə görə məsuliyyət daşıyırlar, çünki onların fikrincə, şirkət kişinin paranoid düşüncələrini gücləndirən fikirlər təqdim edib.
