10:29

Tərtər məktəblilər arasında dava - 1 nəfər öldü

Tərtərdə iki məktəbli arasında düşən dava birinin ölməsi ilə nəticlənib.

Xəbər verilir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb.

Belə ki, 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumuruqla xəsarət yetirib.

Xəsarət alan şəxs dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(Trend.az)