Sizin Reklam Burada
RU
09:49

Azərbaycanda yük maşını aşdı, iki nəfər yanaraq öldü - Qatarların hərəkəti dayandırıldı


Bu gün səhər saat 4-5 radələrində Siyəzəndə yük maşını aşıb.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Quba yolunun 104-cü km-də, Siyəzən rayonu ərazisində baş verib.

Hələlik kimliyi məlum olmayan sürücü idarə etdiyi "Shacman" markalı yük maşınını körpüdən aşırıb.

Nəticədə sürücü və yanındakı bir sərnişin alışan maşında yanaraq ölüblər.

Onların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlərə başlanılıb.
Lider.com.az

Çox oxunanlar