23:32

Şəkidə istirahət mərkəzində 2 nəfər ölüb

Sentyabrın 8-də saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, "Şəki Yaylası" istirahət mərkəzindən çağırış qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İDarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.