12:01

Su quyusuna yıxılan qadın öldü

Cəlilabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Day.Az xəbər verir ki, dünən saat 07 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna yıxılıb.

O, hadisə yerində ölüb.

Araşdırma aparılır.